Qazaxıstanda yeni Konstitusiya üzrə referendum baş tutub

Baş səhifə

Bakı. Trend:

Astana vaxtı ilə saat 14:00-dək Qazaxıstanda 6 471 378 nəfər
bülleten əldə edib ki, bu da səsvermə siyahısında olan
vətəndaşların 51,98 faizinə bərabərdir.

Trend-in
məlumatına görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki
Komissiyasından bildiriblər.




Komissiya qeyd edib ki, qanunvericiliyə əsasən, səsvermə
hüququna malik vətəndaşların yarıdan çoxu iştirak etdikdə
referendum baş tutmuş sayılır.

Bununla da Qazaxıstanda yeni Konstitusiya üzrə referendumun baş
tutduğu elan olunub.