Bakıda çoxmərtəbəli binada yanğın olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildiriblər ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
yanğının on səkkiz mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində
yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının
olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 71 kvadratmetr olan üçotaqlı
mənzilin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək
təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər
bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə
edilib.