Qazaxıstanda referendum – İlkin seçici fəallığı açıqlanıb

Baş səhifə

Qazaxıstanın Mərkəzi Referendum Komissiyası ölkənin yeni konstitusiyası ilə bağlı səsvermədə ilk seçici fəallığının rəqəmlərini açıqlayıb.

“Report”un Qazaxıstan Bürosu xəbər verir ki, yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 9:00-a) olan məlumata görə, seçici siyahılarına daxil olanların 19,21%-i səs verib.

Qeyd olunub ki, saat 10:00-a qədər ölkə üzrə ümumilikdə 2.393.844 vətəndaş bülleten alıb ki, bu da seçici siyahılarına daxil olanların 19,21%-ni təşkil edir.

Komissiyanın məlumatına görə, bölgələrdə seçici fəallığı aşağıdakı kimidir: Astana – 20,68%, Almatı – 9,54%, Şımkent – 21,36%, Abay bölgəsi – 17,98%, Akmol bölgəsi – 19,82%, Aktyub bölgəsi – 21,80%, Almatı bölgəsi – 18,10%, Atırau bölgəsi – 19,44%, Qərbi Qazaxıstan bölgəsi – 18,80%, Jambıl bölgəsi – 18,49%, Jetisu bölgəsi – 21,01%, Karaqanda bölgəsi – 26,64%, Kostanay bölgəsi – 19,24%, Qızılorda bölgəsi – 24,02%, Manqistau bölgəsi – 18,53%, Pavlodar bölgəsi – 16,36%, Şimali Qazaxıstan bölgəsi – 18,72%, Türküstan bölgəsi – 21,21%, Ulıtau bölgəsi – 20,31%, Şərqi Qazaxıstan bölgəsi – 20,64%.