İran ABŞ və İsrail bazalarını raket və dronlarla atəşə tutub

Baş səhifə

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin körfəz
ölkələrindəki hərbi bazaları və İsrailin regional idarəetmə mərkəzi
komandalıqlarını atəşə tutub.

Trend-in
məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu
(SEPAH) məlumat yayıb.

Məlumata görə, SEPAH “Doğru Vəd 4” hərbi əməliyyatının 53-cü
mərhələsini həyata keçirib. Bu mərhələdə eyni zamanda İrana hərbi
hava hücumlarında dəstək və məlumat üzrə rola sahib Əl-Dəfrə hərbi
hava bazasında ABŞ ordusu hərbi qüvvələrinin mövqeləri atəşə
tutulub.

SEPAH bildirir ki, bu mərhələdə 10 ədəd “Fəttah” hipersonik
raketi, “Qədr” raketi və kamikadze PUA-larından istifadə
edilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.