“Hizbullah” İsrail qüvvələrinə növbəti raket hücumu həyata keçirib

Baş səhifə

Bakı. Trend:

Livanın “Hizbullah” hərəkatının bölmələri Livanın cənubundakı
Adeysi şəhəri yaxınlığında İsrail qüvvələrinə qarşı daha bir “kütləvi raket hücumu” həyata keçirib.

Trend-in
məlumatına görə, bu barədə “Al Jazeera” televiziya kanalı xəbər
verib.




Bundan əvvəl “Hizbullah” İsrailin Avivim şəhərinin
kazarmalarında İsrail əsgərlərinə atəş açdığını bildirib.