
Bakı. Trend:
Yaxın Şərq Fars körfəzindəki münaqişə fonunda tarixi dönüş
nöqtəsi yaşayır.
Trend xəbər verir ki, bunu
Misir prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib.
Onun sözlərinə görə, region hazırda mühüm seçim qarşısındadır və
müharibənin nəticələri Yaxın Şərq ölkələrinin hamısına, xüsusilə
iqtisadi və sosial sahələrə ciddi təsir göstərə bilər.
Əs-Sisi vurğulayıb ki, Misir gərginliyin daha da artmasının
qarşısını almaq üçün səylər göstərir və böhranın diplomatik
yollarla həllini dəstəkləyir.
Misir prezidenti həmçinin bildirib ki, Qahirə ərəb ölkələrinə
qarşı istənilən təcavüzü qətiyyətlə pisləyir və münaqişə
tərəflərini problemləri dialoq vasitəsilə həll etməyə çağırır.
Bundan əlavə, o, vətəndaşları ölkənin ciddi itkilər verdiyi
2010–2011-ci illərdə baş verən hadisələrin yenidən təkrarlanmaması
üçün diqqətli olmağa səsləyib.


