“Tesla” süni intellekt üçün çiplər istehsal etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Tesla” şirkəti süni intellekt üçün nəzərdə tutulan çiplərin
istehsalı ilə bağlı iri layihəni yaxın günlərdə işə sala bilər.

Trend “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri
İlon Mask açıqlama verib.




İ.Mask bildirib ki, “Tesla” böyük yarımkeçirici zavod layihəsi
üzərində çalışır. Onun sözlərinə görə, layihə süni intellekt
texnologiyalarının inkişafını sürətləndirmək məqsədi daşıyır.

Sahibkar qeyd edib ki, yeni zavod “Tesla”nın texnoloji
imkanlarını genişləndirəcək və şirkətin süni intellekt sahəsində
daha müstəqil fəaliyyət göstərməsinə imkan verəcək.