
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp yanacağın bahalaşmasının Konqresə
keçiriləcək aralıq seçkilərin nəticələrinə mümkün təsirindən
narahat olmadığını bildirib.
Trend xəbər verir ki, o, bu
barədə “NBC News” telekanalına müsahibəsində danışıb.
Tramp benzinin qiymətlərinin artmasının potensial siyasi
nəticələri ilə bağlı suala cavab verərkən deyib: “Mən heç narahat
deyiləm”.
ABŞ-da Konqresə növbəti aralıq seçkilərin 2026-cı ilin noyabr
ayında keçirilməsi planlaşdırılır.


