Osimhen karyerasını İspaniya La Liqasında davam etdirə bilər

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını İspaniya La
Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Real”
nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İspaniya
mətbuatı məlumat yayıb.




“Kral klubu”nun prezidenti Florentino Peres Osimheni komandaya
gətirmək istəyir. Madrid nəhəngi 27 yaşlı forvard üçün 80 milyon
avro ödəməyə hazırdır.

Qeyd edək ki, Viktor Osimhen 2024-cü ilin yayından “Qalatasaray”da çıxış edir. Nigeriya millisinin üzvü bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 18
qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.