İsmayıl Bəqai Almaniya Kanslerinin İrana çağırışını absurd adlandırıb

Baş səhifə
İsmayıl Bəqai Almaniya Kanslerinin İrana çağırışını absurd adlandırıb

İranın Xarici İşlər Nazirliyi (XİN) Almaniya Kansleri Fridrix Mertsin müharibənin dayandırılması ilə bağlı Tehrana çağırışına münasibət bildirib.

“Report” xəbər verir ki, XİN-in sözçüsü İsmayıl Bəqai bu barədə “X”dəki hesabında yazıb.

“Almaniya Kansleri İranı müharibəni dayandırmağa çağırır, bu, absurddur” , – Bəqai bildirib. O, sual verib ki, hücuma məruz qalan ölkədən müharibəni dayandırmağı necə tələb etmək olar?

Onun fikrincə, Almaniya kimi ölkələr İranın bombalanmasına qarşı çıxan çağırışlar etməlidir:

“Bunun əvəzinə öz çağırışlarını iranlıların bombardman edilməsinə və qətlə yetirilməsinə görə məsuliyyət daşıyan ölkələrə niyə yönəltmir? Niyə ABŞ və İsrailin məsuliyyətə cəlb edilməsi tələb olunmur?”.