Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə
Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə
alınıb. Belə ki, 72-BF-530 dövlət nömrə nişanlı “Renault Megan”
markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala
düşüb. Qəza zamanı xəsarət alan bir ailənin 4 üzvü – Ramin Əliyev,
Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva Naxçıvan Muxtar
Respublika Xəstəxanasına yerləşdiriliblər.




Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt
araşdırılır.