
Bakı. Trend:
Hörmüz boğazından neft alan dünya ölkələri bu keçidi öz
üzərilərinə götürməlidirlər.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində
yazıb.
“ABŞ hər şeyin tez, rahat və yaxşı getməsi üçün həmin ölkələrlə
addımları əlaqələndirəcək. Bu, həmişə komanda işi olmalı idi və
indi də belə olacaq. Bu, dünyanı harmoniya, təhlükəsizlik və əbədi
sülh naminə bir araya gətirəcək”, – deyə Tramp əlavə edib.


