“Qalatasaray” “Başakşəhər”i məğlub edib – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXVI turun oyunları davam
edir.

Trend xəbər verir ki, bu gün
daha 4 qarşılaşma keçirilib.

“Qalatasaray” öz meydanında “Başakşəhər”ə 3 cavabsız qolla qalib
gələrək, xallarını 64-ə çatdırıb və liderliyini möhkəmləndirib.




“Trabzonspor” isə evdə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib.
Qara dəniz derbisindəki qələbədən sonra “Trabzonspor” 2-ci
pillədəki “Fənərbağça” ilə xallarının sayını bərabərləşdirib –
57.

Digər matçlarda “Konyaspor” səfərdə “Kocaelispor”u 2:1 hesabı
ilə məğlub edib, “Göztəpə” isə evdə “Alanyaspor”la bacarmayıb –
2:2.