ABŞ-da elektromobillərə maraq artıb

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdəki gərginlik nəticəsində ABŞ-da benzin qiymətlərinin
artması sakinlərin elektromobillərin alınmasını daha ciddi şəkildə
nəzərdən keçirməsinə səbəb olur.

Trend-in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bunu bazar
göstəriciləri və axtarış sorğularının statistikası təsdiqləyir.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 14
martda ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 3,70 dollar
təşkil edib. Bir ay əvvəl bu rəqəm 2,90 dollar olub. “Bloomberg”in
hesablamalarına görə, amerikalı sürücülər yalnız bu həftə yanacağa
əlavə 1,65 milyard dollar xərcləyiblər.




Bir müddət davam edən satış azalmalarından sonra
elektromobillərə maraq yenidən artmağa başlayıb. İrana qarşı hərbi
əməliyyatların başlanmasından sonrakı ilk həftədə “CarEdge”
platformasında elektromobillərə axtarış sorğularında 20 % artım
qeydə alınıb.

“Ignition Dealer Services” konsaltinq şirkətinin baş direktoru
Stiven Seqelkin bildirir ki, ölkədə benzin qiyməti bir qallon üçün
4 dollara çatdıqda elektromobillərə kütləvi keçid başlaya
bilər.

Hazırda Alyaska, Arizona, Vaşinqton, Nevada və Oreqon
ştatlarında yanacaq qiymətləri artıq bu səviyyəni ötüb,
Kaliforniyada isə bir qallon 5,50 dollara yaxınlaşır.