Höccətülislam Tayebi Kanadaya qaçdı – GÖRÜNTÜ

Baş səhifə

İranın tanınmış din xadimlərindən biri olan Höccətülislam Morteza Tayebi Kanadaya qaçıb.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, şiə ruhani iyerarxiyasında ayətullahdan aşağı sayılan höccətülislam dini titulunu daşıyan Morteza Tayebi ailəsi ilə birlikdə Kanadanın Toronto şəhərində yerləşən Pearson beynəlxalq hava limanında görüntülənib.

Paylaşılan məlumatlarda qeyd olunur ki, Tayebi yaxın vaxtlarda Kanada vətəndaşlığı alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun ailə üzvləri ilə birlikdə hava limanında olduğu iddia edilir.