
Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Hizbullah
müharibəsinin hərbi yolla həllinin olmadığını bildirərək tərəfləri
diplomatiyaya və BMT qətnamələrinin tam şəkildə yerinə yetirməyə
çağırıb.
Trend xəbər verir ki, bu
barədə o, Beyrutda səfəri zamanı açıqlama verib.
Antonio Quterreş beynəlxalq ictimaiyyəti münaqişəyə son qoymaq
səylərini artırmağa çağırıb.


