38 yaşlı qadın dəm qazından öldü

Baş səhifə

Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.

Modern.az xəbər verir ki, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.