“North Coast Communications” ABŞ və Azərbaycan arasında biznes əlaqələrini inkişaf etdirməyə hazırdır (ÖZƏL)

Baş səhifə

Vaşinqton. Trend:

“North Coast Communications” şirkəti ABŞ ilə Azərbaycan arasında
biznes əlaqələrinin gücləndirilməsində mühüm rol oynaya bilər.

Bu barədə Trend
ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində strateji
kommunikasiya şirkətinin prezidenti və təsisçisi Devid Silverman
bildirib.

Martın 10-da keçirilən tədbir Vaşinqtonda Amerika–Azərbaycan
Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunub.

Vaşinqtonda yerləşən “North Coast Communications” şirkəti Asiya
və Mərkəzi Asiya bazarları üzrə ixtisaslaşıb, regional şirkətlərin
maraqlarını həm ABŞ-da, həm də əks istiqamətdə təşviq etmək üçün
fərdi məsləhət xidmətləri, media dəstəyi və bazara çıxış
strategiyaları təqdim edir.




“Şirkəti 2020-ci ildə təsis etdiyim vaxtdan etibarən Asiya
istiqaməti, o cümlədən Mərkəzi Asiya və Xəzər regionu üzrə fəal
çalışmışam. Heç vaxt ABŞ ilə bu region arasında bu qədər güclü
qarşılıqlı maraq görməmişəm. Xüsusilə Azərbaycan əlaqələndirmə,
regional sabitlik və enerji sahəsində mühüm mərkəz kimi diqqət
çəkir. Güclü və fəal Azərbaycan həm ABŞ, həm də bütün region üçün
vacibdir”, – deyə Silverman bildirib.

O, şirkətin transsərhəd biznes mübadiləsinin təşviqində rolunu
vurğulayıb.

“Biz Azərbaycan şirkətlərinə ABŞ bazarına çıxmağa kömək edirik
və onlara Vaşinqtonda etibarlı tərəfdaş təqdim edirik. Eyni zamanda
Amerika şirkətlərinin və investisiya kapitalının Azərbaycana cəlb
olunmasına da dəstək veririk”, – deyə Silverman əlavə edib.

Regionun daha geniş əhəmiyyətindən danışarkən o qeyd edib:
“Mərkəzi Asiya ölkələri həm ABŞ, həm də Azərbaycan üçün əla
tərəfdaşlardır. Azərbaycanın strateji mövqeyi bu tərəfdaşlıqları
gücləndirir və “North Coast Communications” ABŞ biznes imkanlarını
bu dinamik regionla əlaqələndirmək üçün unikal imkanlara
malikdir”.