Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Martın 14-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın sanitar
təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara
qulluq göstərilməsi məqsədilə “Novruz bayramını təmiz şəhərlə
qarşılayaq” devizi ilə iməcilik keçirilib.

Şəhər icra hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən
şəhərin 537 əsas küçə və prospektləri yuyulub, genişmiqyaslı
təmizlik və abadlıq işləri həyata keçirilib. Paytaxtdakı müəssisə,
idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl
sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının
əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.




İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.