
Bakı. Trend:
Amerikanın texnologiya korporasiyası “Meta” süni intellektin
(Sİ) tətbiqi ilə əlaqədar işçi heyətinin 20 faizdən çoxunu ixtisar
edə bilər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
KİV yazır ki, korporasiya biznesini Sİ texnologiyalarına
uyğunlaşdırmaq çərçivəsində genişmiqyaslı ixtisarlara hazırlaşır.
Qarşıdan gələn işçi ixtisarının vaxtı və dəqiq miqyası hələ
təsdiqlənməyib.
Son bir ildə “Meta”nın rəhbəri Mark Zuckerberq şirkəti süni
intellekt bazarında liderlik uğrunda digər texnologiya şirkətləri
ilə daha aqressiv rəqabətə sövq edir. 2028-ci ilə qədər
məlumatların saxlanması və emalı mərkəzlərinin tikintisinə 600
milyard dollar sərmayə qoyulması planlaşdırılır.


