“Beşiktaş” Medinanı transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Beşiktaş” yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi
planlaşdırır.

Trend bu barədə
türk KİV-lərinə istinadən xəbər verir.




Məlumata görə, istanbul nəhənginin əsas hədəfi icarə əsasında “Marsel”də çıxış edən Fakundo Medinadır. “Qara qartallar”
argentinalı mərkəz müdafiəçisini transfer etmək üçün yaxın günlərdə
onun müqavilə ilə məxsus olduğu “Lans”la danışıqlara başlamağı
planlaşdırır.

Qeyd edək ki, Fakundo Medina mövsümün əvvəlindən “Marsel”də
çıxış edir.