Bakı. Trend:
Dünyanın aparıcı hərbi pilotsuz uçuş aparatları (PUA)
ixracatçısı olan Baykar şirkəti öz sinfində ən böyük kamikadze
dronu olan K2-ni hazırlayıb, ilk beş prototipi uçuş sınaqlarını
uğurla başa vurub.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məluma yayıb.
Məlumata görə, yeni pilotsuz təyyarənin sınaqları Egey dənizinin
şimalındakı Saros körfəzində aparılıb.
Qeyd edilir ki, süni intellektlə təchiz olunmuş yeni PUA
digərləri ilə yanaşı, sürü rejimində (hava müdafiəsini dəf etmək
üçün eyni vaxtda birdən çox drondan istifadə etmə taktikası)
avtonom şəkildə fəaliyyət göstərə bilir.
Kamikadze dronun maksimal uçuş çəkisi 800 kiloqramdır. O, 75
kiloqrama qədər ağırlığında döyüş hissəsini 2 min kilometrdən çox
məsafəyə daşıya bilir. Pilotsuz təyyarənin sürəti saatda 200
kilometrdir. Dron azı 13 saat havada qala bilir.

