Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Baş səhifə
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Azərbaycanda martın 13-də cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.