
Bakı. Trend:
“Vest Hem”in yarımmüdafiəsi Mateuş Fernandeş İngiltərə Premyer
Liqasında klubunu dəyişə bilər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Mançester Yunayted” portuqaliyalı futbolçunu
transfer etmək istəyir. Fernandeşin keçidinin yayda 60 milyon
funt-sterlinqə reallaşacağı bildirilir. Klubu Premyer Liqanı tərk
etsə, 21 yaşlı oyunçunun “Mançester Yunayted”ə transferi daha aşağı
məbləğə baş tuta bilər.
Qeyd edək ki, “Vest Hem” Mateuş Fernandeşi mövsümün əvvəlində “Sauthempton”dan 44 milyon avroya transfer edib.


