Azərbaycanda daha bir dövlət qurumu ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv
edilib.

Trend-in
məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman
imzalayıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə
təqdim etməlidir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay
müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə
məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun
icrası barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə
məlumat verməlidir.




Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat
verməlidir.

Qeyd edək ki, Fərman martın 6-da imzalanıb və qüvvəyə minib.

Xatırladaq ki, Naxçıvan İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ali
Məclisin sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə 27 aprel
2018-ci ildə yaradılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi
sədrinin birinci müavini Azər Zeynalovun müvafiq Fərmanı ilə 2 may
2023-cü ildə Naxçıvan İqtisadiyyat Nazirliyinin strukturuna daxil
edilib.

Məlumat üçün bildirək ki, Ali Məclis sədrinin birinci müavini
Bəxtiyar Məmmədovun eyni tarixli digər Fərmanı ilə Naxçıvan Muxtar
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində
“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs də
ləğv edilib.