Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Baş səhifə
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 19,052 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.

Fevralda Türkiyə Azərbaycana 10,861 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 56,4 % çoxdur.

Türkiyənin iki ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 8,2 % azalaraq 2 milyard 275 milyon ABŞ dolları, fevralda isə 3,3 % azalaraq 1 milyard 193 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox bu məhsul idxalını Rumıniya 144,116 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14,2 % az), İtaliya 129 milyon ABŞ dolları (-3,1 %) və Almaniya 127 milyon ABŞ dolları (+2,3 %) dəyərində həyata keçirib.