
Bakı. Trend:
İnnovasiyalar varsa, bununla bağlı tənzimləyici sərhədlər və
limitlər olmalıdır.
Trend xəbər verir ki, bunu “Women Political Leaders”
təşkilatının prezidenti və təsisçisi, Avropa Parlamentinin
vitse-prezidenti (2009–2011), Avropa Parlamentinin üzvü (2004–2014)
Silvana Kox-Mehrin bu gün Bakıda XIII Qlobal Bakı Forumu
çərçivəsində keçirilən “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə
və innovasiyanın etikası” adlı panel müzakirələrində çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, texnologiyaların gücü cəmiyyətə xeyli təsir
göstərir:
“İlk genetik modifikasiyanın mümkün olduğu vaxtdan etibarən
bizdə narahatlıq yaranıb; qorxu və tərəddüd hissi mövcud olub. Biz
ümumiyyətlə bu çərçivədə hərəkət edə bilərikmi?
Süni intellektə aid olaraq Avropa İttifaqının “qızıl
standartlarından” danışa bilərik. Vətəndaşların əksəriyyəti
(təxminən yetmiş faizi) süni intellektin təsirindən qorxur. Digər
tərəfdən, bu texnologiya innovasiya vasitəsi kimi təqdim olunur.
Avropa İttifaqı ən təhlükəsizlik standartlarını tətbiq etməyi
düşünür. Sistem güclü olduqda məsuliyyət də artır. İnsanlar süni
intellekti idarə edərək onun hərəkətlərinə nəzarət etmə imkanına
malikdir. Lakin Avropa İttifaqı bununla tam razılaşmır və hesab
edir ki, artıq həddindən artıq tənzimləmə mövcuddur.
Bizim düşüncəmiz belədir ki, güclü öhdəlik yalnız o zaman yaranır
ki, süni intellektin idarə edilməsinə qarşı qəti öhdəliklər olsun.
Ətraf mühitdə və əmək bazarında şəffaflıq şərtləri süni intellekt
vasitəsilə artırıla bilər. Enerji baxımından isə süni intellekt
bahalıdır”.
“Hansısa şirkət Avropa İttifaqında süni intellektlə məşğul olmaq
üçün tənzimləmə ilə razılaşmalıdır. Yekun nəticədə biz bilirik ki,
həddindən artıq tənzimləmə innovasiyanı məhv edə bilər. Amma xaos
da olmamalıdır”, deyə o qeyd edib.


