
Bakı. Trend:
Ötən il 188 nəfər universitetlərə müsabiqədənkənar qəbul
olunub.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə
olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında
hesabatında öz əksini tapıb.
Hesabata görə, onlardan 1 nəfər beynəlxalq fənn olimpiadası,72
nəfər respublika fənn olimpiadası, 82 nəfər beynəlxalq idman
yarışlarının qalibi olduğu üçün ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul hüququ qazanıblar. 33 nəfər isə beynəlxalq
səviyyədə akreditasiya olunan təhsil proqramı (İB) üzrə təhsil
aldığı üçün universitetlərə imtahansız qəbul olunub və müvafiq
ixtisaslara yerləşdiriliblər.


