FIBA Çempionlar Kuboku: Azərbaycanın 3×3 basketbol millisi İspaniya ilə qarşılaşacaq

Baş səhifə
FIBA Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi İspaniya ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına bu gün çıxacaq.

“Report” xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.

Ötən gün Kanadaya uduzan (10:16) komanda Tailandı (21:8) məğlub edib. Qrupda ilk iki pilləni tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.