Misli Premyer Liqasında daha 2 oyun keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Trend xəbər verir
ki, ikinci oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “İmişli” öz meydanında “Sabah”ı qəbul edəcək. Hazırda “İmişli” klubu 22 xalla 9-cu pillədə qərarlaşıb. “Sabah” isə 56
xalla turnir cədvəlinə başçılıq edir.




Günün ikinci matçında isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul
edəcək. Aktivində 39 xalı olan paytaxt təmsilçisi 4-cü, Ağdam
təmsilçisi isə 49 xalla 2-ci yerdə qərarlaşıb.

15:00. “İmişli” – “Sabah”
19:15. “Zirə” – “Qarabağ”