“Hyundai” hipersəs raketlərin kütləvi istehsalını planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Hyundai Motor” şirkətinin törəmə şirkəti olan “Hyundai Rotem”
növbəti on il ərzində hipersəs raketlərin kütləvi istehsalına
başlamağı planlaşdırır.

Trend xəbər verir
ki, bu layihədə şirkətin tərəfdaşı Müdafiə İnkişafı Agentliyi (ADD)
olacaq.

Məlumata görə, gələcək raket 5 maks sürətinə çata biləcək. “Hyundai Rotem” artıq hipersəsli nəqliyyat vasitələri üçün sabit
itələmə təmin edən əsas texnologiyanı əldə edib. Bu texnologiya
mühərriklərdə yanmanı dəstəkləmək üçün yuxarı atmosferdə oksigeni
udan “HyCore” sisteminə əsaslanır. Şirkət bu texnologiyanı 2018-ci
ildən inkişaf etdirir.




2024-cü ildə keçirilən uçuş sınaqları zamanı tərtibatçılar “HyCore” sistemini “Mach 6” sürətinə qədər sürətləndirə və növbəti
sınaq mərhələsi üçün zəruri məlumatları toplaya biliblər. Şirkət bu
sürət göstəricilərinə əsasən raketin 2035-ci ilə qədər hazır
olacağını açıqlayıb.

Qeyd olunur ki, Cənubi Koreya rəhbərliyi Çin və Şimali Koreya
ilə hərbi-texnoloji sahədə mövcud fərqi azaltmaq üçün bu
istiqamətdə işləri sürətləndirməyə çalışır.