Corc Rassel Çin Qran-Prisinin sprint yarışının qalibi olub

Baş səhifə

Bakı. Trend:

Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya
çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint
yarışının qalibi olub.

Trend xəbər verir
ki, Şanxayda keçirilən yarışda “Ferrari” komandasının monakolu
pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə
üçüncü yeri tutub.




Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq
olunduğu altı mərhələdən biridir.

Martın 15-də isə əsas yarış üçün təsnifat mərhələsinin
keçirilməsi planlaşdırılır.