Binəqədidə yaşayış binasında baş verən yanğın söndürülüb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında
yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil
olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb
olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli
yaşayış binasında mənzildə baş vermiş yanğının genişlənməsinə, o
cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı
mənzilin yanar konstruksiyaları yanıb.

Digər mənzillər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.