
İranın əsas neft ixracı terminallarından birinin yerləşdiyi Xarq adasındakı neft obyektlərinə Amerika Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində hər hansı zərər dəyməyib.
“Report” xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, adanın bombardman edilməsi zamanı azı 15 partlayış səsi eşidilib.
Agentlik iddia edib ki, ABŞ tərəfindən endirilən zərbələr nəticəsində neft infrastrukturunun heç bir obyekti zədələnməyib. Qeyd olunub ki, hücumlara Xarq ərazisindəki müdafiə obyektləri, hərbi dəniz bazası, aerodrom və helikopter anqarı da məruz qalıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Amerika Silahlı Qüvvələri İranın Xarq adasındakı hərbi obyektlərə genişmiqyaslı zərbə endirib. Bombardmanın hədəfləri hərbi obyektlər olub. ABŞ dövlət başçısı qeyd edib ki, adada yerləşən neft infrastrukturunu məhv etməmək barədə qərar qəbul edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


