ABŞ Yaxın Şərqə süni intellektlə təchiz olunmuş 10 min dron göndərib

Baş səhifə

Bakı. Trend:

İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri ABŞ Yaxın
Şərq regionuna süni intellekt texnologiyası ilə təchiz olunmuş
təxminən 10 min dron göndərib.

Trend xəbər verir
ki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb.




Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Bu
sistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlara
qarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatına
görə, “Merops” sistemləri Ukraynada da tətbiq edilir.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəl
bildirib ki, Vaşinqton İranın “Şahid” dronlarına qarşı bahalı
“Patriot” raket sisteminə alternativ axtarır. O qeyd edib ki, tək
bir “Patriot” raketinin buraxılışı 4 milyon dollara başa gəlir, bu
isə 20 min dollardan az olan “Şahid” dronlarına qarşı müdafiəni
xeyli bahalaşdırır.