Qazaxıstanda Konstitusiya referendumu ərəfəsində sükut günü başlayıb

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanda martın 14-də yeni Konstitusiya layihəsi üzrə
respublika referendumu ərəfəsində sükut günü başlayıb.

Trend xəbər verir
ki, referendum martın 15-də keçiriləcək və səsvermədə yeni
Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılacaq.




Referendumda yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik
Qazaxıstan vətəndaşları iştirak edə bilərlər. Ölkə üzrə ümumilikdə
10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 9
779-u vətəndaşların qeydiyyat yeri üzrə, 622-si müvəqqəti qeydiyyat
məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədə yerləşən xarici
nümayəndəliklərində açılacaq.

Referendum iştirakçılarının siyahısına ümumilikdə 12 461 796
vətəndaş daxil edilib.