BMT Livana dəstək üçün 325 milyon dollarlıq humanitar kampaniya başladıb

Baş səhifə

Bakı. Trend:

Livanda səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş
“Hizbullah” və İsrail arasındakı müharibənin yaratdığı böhran
fonunda Livanı dəstəkləmək məqsədilə 325 milyon dollar vəsaitin
toplanması üçün humanitar kampaniyanın başladıldığını elan
edib.

Trend xəbər verir
ki, bu barədə Antonio Quterreş BMT qurumlarının və donor ölkələrin
nümayəndələrinin iştirak etdiyi konfransda çıxışı zamanı məlumat
verib.




“Livan xalqını dəstəkləmək üçün 325 milyon dollarlıq təcili
humanitar yardım çağırışını işə salırıq. Bu çağırış növbəti üç ay
ərzində qida məhsulları, təmiz su, tibbi xidmət, təhsil, müdafiə və
digər zəruri xidmətlər daxil olmaqla həyati əhəmiyyətli yardımın
göstərilməsinə və genişləndirilməsinə imkan verəcək”, – deyə o
bildirib.