Braziliyanın sabiq prezidenti Jair Bolsonaro reanimasiyaya yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

Braziliyanın 2019–2022-ci illərdə prezidenti olmuş Jair
Bolsonaro kəskin pnevmoniya diaqnozu ilə paytaxtdakı “DF Star”
xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Trend xəbər verir
ki, bu barədə tibb müəssisəsinin yaydığı tibbi bülletendə
bildirilir.




Həkimlərin sözlərinə görə, siyasətçi yüksək hərarət və qanda
oksigen səviyyəsinin aşağı olması səbəbindən xəstəxanaya
yerləşdirilib.

Sənəddə qeyd olunur ki, Bolsonaroda ikitərəfli bakterial
bronxopnevmoniya təsdiqlənib. Hazırda o, venadaxili antibiotiklərlə
müalicə alır.