
İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.
“Qabaqlayıcı tədbirlər görülür”, – Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.
“İrana hücumlara görə yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq”, – Türkiyə Prezidenti bildirib.
10. Millî İrade İftarı https://t.co/M1jjIUtOyB
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 13, 2026
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


