Türkiyə iqlim gündəliyini gücləndirməyi planlaşdırır – Murat Kurum

Baş səhifə

Bakı. Trend:

COP31 iqlim konfransı Türkiyədə keçiriləcək və tədbirə Antalya
şəhəri ev sahibliyi edəcək. Bu gün Bakıda keçirilən forum
çərçivəsində əvvəlki COP sammitlərinin rəhbərləri və nümayəndələri
ilə görüş keçirdik. Görüş zamanı görülən işlər və gələcək planlar
müzakirə olundu.

Trend xəbər
verir ki, bunu bu gün “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı
Forumu çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim
dəyişikliyi naziri və COP31-in təyin olunmuş prezidenti Murat Kurum
jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uğurla təşkil olunan COP
prosesi və Braziliyada keçiriləcək COP30 çərçivəsində əldə olunan
nəticələr gələcək mərhələdə daha da inkişaf etdirilə bilər:

“Məqsəd bu günədək qəbul olunmuş COP qərarlarının daha da
gücləndirilməsi və onların praktik nəticələrə çevrilməsidir. Əsas
məqsədimiz isə yalnız qərarlar qəbul etmək deyil, konkret addımlar
ataraq fəaliyyətə keçməkdir. Bu çərçivədə inklüziv və çoxtərəfli
COP rəhbərliyi həyata keçiriləcək və heç kimin diqqətdən kənarda
qalmadığı bir proses bütün dünyaya nümayiş etdiriləcək. Dünən
Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə də görüş keçirilib.
Görüşdə əsas məqsəd dünya ölkələrinin özünü təmin edən enerji
siyasətini formalaşdırmasının vacibliyi oldu. Hazırda dünyada
yaşanan bir çox böhranların əsas səbəblərindən biri məhz enerji
məsələsidir. İqlim dəyişikliyinə təsir edən emissiyaların təxminən
70 faizinin enerji mənbələrindən qaynaqlanır.




Bu səbəbdən hər bir ölkənin öz xüsusiyyətlərinə uyğun enerji
siyasəti formalaşdırmasının vacibdir. Xüsusilə bərpa olunan enerji
sahəsində addımların atılması vacibdir. Dünyada təxminən 700
milyona yaxın insanın elektrik enerjisinə çıxışının olmadığı nəzərə
alsaq, həmin bölgələrdə yaşayan insanların fərqli ehtiyac və
gözləntilərinin nəzərə alınmasının nə qədər vacib olduğunu
vurğulaya bilərik”.

O qeyd edib ki, COP31 prosesi çərçivəsində müzakirələr bu
istiqamətdə davam etdiriləcək.

“Hazırlanan fəaliyyət gündəliyində gənclərin iştirakının
artırılması, iqlimə davamlı şəhərlərin formalaşdırılması kimi
məsələlər əsas yer tutur.

Qarşıdakı dövrdə uğurlu bir proses həyata keçiriləcəyinə
inanırıq və ortaq evimiz olan dünyaya mühüm mesajlar verməyi
planlayırıq. Həmçinin Türkiyənin birinci xanımı Emine Ərdoğan ilə
birlikdə həyata keçirilən “Sıfır Atık” (Zero Waste) layihəsinin
daha geniş şəkildə bütün dünyada yayılması planlaşdırılır”, – o
qeyd edib.