İranın Ali Lideri vətəndaşlarından küçələrə çıxaraq effektiv iştirakların qorumalarını istəyib

Baş səhifə

Bakı. Trend:

İran vətəndaşları küçələrə axışaraq öz effektiv iştiraklarını
qoruya bilərlər.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran
vətəndaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, zəruri hallarda toplanışı ilə öz gücünü
göstərən vətəndaşlar arasında birliyin qorunması zəruridir və ona
zərbə vurmaq olmaz.

“Küçələrə axışaraq öz effektiv iştirakınızı qoruyun.
Bir-birinizə köməklik göstərin. Hazırda ölkənin çətin vaxtlarında
bəzilərinin vəziyyəti ağırdır. Xidmətlər göstərən bütün qurumlardan
bu istiqamətdə vətəndaşlara tam şəkildə dəstək göstərməsini
istəyirəm”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.