İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı

Baş səhifə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Modern.az-a verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə – “Sitrus qırmızısı -2” üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.