
Bakı. Trend:
Çoxşaxəlilik – hər bir ölkənin səsinin olduğu yeganə ümumdünya
sahəsidir.
Trend xəbər
verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının
prezidenti Mariya Fernanda Espinoza XIII Qlobal Bakı Forumunda “Dünyada keçid dövründə fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün çoxşaxəlilik heç vaxt olmadığı qədər
vacibdir. Bu, hər bir ölkənin yerinin və səsinin olduğu yeganə
ümumdünya sahəsidir.
“Çoxşaxəliliyin böhranı yalnız institutların böhranı deyil,
artıq çoxdan danışdığımız mövzulardan biridir. Bu, ilk növbədə,
siyasi iradə və liderlik böhranıdır. Buna görə də yalnız qaydalara
ehtiyacımız yoxdur -bizə həmin qaydaları istifadə etməyə, onları
müdafiə etməyə və onlarla nəticə əldə etməyə hazır liderlər
lazımdır”, – deyə o qeyd edib.
Mariya Fernanda Espinoza vurğulayıb ki, çağırışlar qlobal
xarakter daşıyır, amma onların idarə olunması sistemi hələ də
parçalayıcı və zəifdir.
“Biz tez-tez strukturları, şuraları, mandatları, səsvermə
prosedurlarını müzakirə etməyə çox vaxt sərf edirik. Lakin
strukturlar özü məqsəd deyil. Təxminən səksən il əvvəl Birləşmiş
Millətlər Təşkilatı yaradılarkən, onun əsasını ‘bir daha heç vaxt’
ideyası və müharibədən sonrakı bərpa məqsədi təşkil edirdi”, – o
bildirib.
Mariya Fernanda Espinoza əlavə edib ki, bu gün çoxqütblü
dünyada, dərin qarşılıqlı asılılıq şəraitində əsas vəzifə – iqlim
dəyişiklikləri, borc böhranları, bərabərsizlik, texnoloji
transformasiyalar və münaqişələrin nəticələrini idarə etməyi
öyrənməkdir.
“Əgər biz institutlarımızın hansı ümumi tapşırığı yerinə
yetirməli olduğunu razılaşdırmasaq, hər hansı islahat yalnız
kosmetik olacaq. Və o zaman biz yenidən- yenə arxitekturanı
quracağıq, amma missiyanı yerinə yetirməyəcəyik”, – deyə o qeyd
edib.


