
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin ABŞ ilə Ukrayna arasında pilotsuz uçuş aparatlarının istehsalına dair sazişi hələ də təsdiqləmədiyini bildirib.
“Report”un məlumatına görə, o bunu “Politico”ya müsahibəsində bəyan edib.
“Biz ABŞ ilə dronların istehsalı üzrə böyük saziş imzalamaq istəyirdik, lakin bunun üçün Ağ Evin təsdiqi lazım idi. Söhbət müxtəlif növ dronlardan və hava hücumundan müdafiə sistemlərindən gedirdi. Onlar vahid sistem kimi işləyir və yüzlərlə və ya minlərlə İran “Shahed”lərindən və raketlərdən qoruya bilər”, – o qeyd edib.
Bununla yanaşı o bildirib ki, Ukraynanın hələ ki bu sənədi imzalamaq imkanı olmayıb: “Ümid edirəm ki, ola bilsin, amerikalı dostlarımız indi belə bir qərara, xüsusən Yaxın Şərqdə müşahidə etdiyimiz çağırışlardan sonra daha meyilli olacaqlar”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


