
Dmitri Peskov
Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasının davam etdirilməsinə ümid edir.
“Report”un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O qeyd edib ki, Yaxın Şərqdə münaqişənin gərginləşməsi səbəbindən hazırda İran hissəsində icra işlərinin həyat keçirilməsi mümkün deyil.
Peskov əmin edib ki, Tehran və bir qrup regional dövlətin layihəyə marağı qalmaqdadır.
“Ümid edirik ki, bu layihə gələcəkdə həyata keçiriləcək. Layihə ilə bağlı çox işlər görülüb”, – o bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


