Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat vaxtı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin
magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul
imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar
arasında ən yüksək nəticəni göstərib.




Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində
iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2026-cı il tarixlərində
aparılacaq. İmtahan isə mayın 17-də keçiriləcək.

Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq
tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 17-də olan
olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının
nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub.
İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse
üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.