Növbəli iş və gecə növbəsi təşkil edilərkən işçinin ailə vəzifələri nəzərə alınmalıdırmı?

Baş səhifə

Bakı. Trend:

İş yerlərində növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə
növbəsinə işə təyin edilərkən, işçilərin ailə vəzifələrinin yerinə
yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldığı halda
işəgötürən tərəfindən onun bu ehtiyacları mümkün olduqda nəzərə
alınmalıdır.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.

Bildirilir ki, bu ilin əvvəlindən əmək qanunvericiliyində
edilmiş son dəyişikliklərdən biri də bununla bağlıdır.




Belə ki, Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı
daxil edilib ki, bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə
üzvünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar olaraq əmək
fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları
məhdudlaşan işçini nəzərdə tutur.

Məcəllədə həmin kateqoriyadan olan işçilərə işəgötürən
tərəfindən əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə
təminatların verilməsinin ayrı-seçkilik hesab edilmədiyi də
bildirilir.