
Dünya geosiyasi gərginliyin artımını, əhəmiyyətli iqtisadi qeyri-müəyyənliyi və çoxtərəfli institutlara etimad böhranını yaşayır.
“Report” xəbər verir ki, bunu Kosta-Rikanın birinci vitse-prezidenti Fransisko Qamboa Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Kosta-Rika sülhə, preventiv diplomatiyaya və beynəlxalq hüquqa sadiqdir:
“Ölkəmizin aydın və ardıcıl səsi var. Biz sülhsevər millətik və beynəlxalq hüquqa, insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və mübahisələrin dinc yolla həllinə sadiq qalırıq”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


