Ukrayna səfiri Bakı Forumunu qlobal dialoq üçün mühüm platforma adlandırıb

Baş səhifə
Ukrayna səfiri Bakı Forumunu qlobal dialoq üçün mühüm platforma adlandırıb

XIII Qlobal Bakı Forumu qlobal transformasiyalar şəraitində fikir ayrılıqlarının aradan qaldırılması yollarının müzakirəsi üçün dünya liderlərini bir araya gətirib.

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkələrdə yazıb.

“Forum keçid dövründə dünyada yaranan parçalanmaların aradan qaldırılması mövzusunda dünya liderlərinin dialoqu üçün platforma olub. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin və Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanın çıxışları ilə açıldı, onlar Ukraynanın dəstəklənməsi istiqamətində güclü mesajlar verdilər”, – o yazıb.