
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətin keyfiyyətli şəhər infrastrukturunu inkişaf etdirmək, etibarlı icmalar formalaşdırmaq, habelə layihələndirmə və şəhərsalma sahəsindəki mütəxəssislərə dəstək göstərmək istəyindən xəbər verir.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və “UN-Habitat” proqramının rəhbəri Anaklaudiya Rossbax müvafiq bəyanatı XIII Qlobal Bakı Forumunun açılış mərasimində verib.
“Mən hökumətin 2026-cı ili Azərbaycanda şəhərsalma və memarlıq məsələlərinə həsr etmək qərarına dəstəyimi ifadə edirəm. Bu, qloballaşma proseslərinə olan şübhələr fonunda ölkənin öz resurslarını yaşayış məntəqələrinin yaxşılaşdırılmasına, eləcə də onların yaradılmasına və inkişafına cavabdeh olan ekspertlərə yönəltdiyinin göstəricisidir”, – o qeyd edib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


